Maliyyə naziri: “Aqrar sahəyə subsidiyalar artırılacaq”

Azərbaycanda gələn il kənd təsərrüfatına subsidiyalar bu illə müqayisədə çox olacaq.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.

“Aqrar sahəyə subsidiyalar artırılacaq. Çünki ərzaq təhlükəsizliyi vacib məqam və meyardır. Biz ölkəmizin ərzaq idxalından asılılığının azaldılmasını istəyirik. Prezident ərzaq təhlükəsizliyi ilə bağlı fərman da imzalayıb. Asılılığı tam azalda bilməsək də, böyük ölçüdə azaltmaq olar”, – deyə o qeyd edib.

Nazir büdcədən regionlara dotasiyanın getdikcə azaldılmasına da münasibət bildirib və deyib ki, bu, bir sıra yerli müəssisələrin mərkəzi qaydada maliyyələşməsi ilə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir