Qurban Qurbanov: “Sumqayıt” intizamlı müdafiə olunan komandadır”

“Futbolçularımı təbrik edirəm. Əziyyət çəkdilər, yoruldular. İntizamlı müdafiə olunan komandaya qarşı oynadıq”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibin ilk hissədə boş zonaları yaxşı bağladığını bildirib: “Onların əks hücumlarının qarşısını ala bilirdik. İkinci yarıda bir epizoddda anlaşılmazlıq oldu və bundan maksimum istifadə etdilər. “Sumqayıt”ın baş məşqçisi Samir Abasova uğurlar arzulayıram”.

Qurbanov sıx qrafiklə çıxış etdiklərini söyləyib: “Futbolçuların 3 günə özlərinə gələcəklərini deyə bilmərik. Onların yaxşı durumlarını geri qaytarmağa çalışırıq. Nəzərə alaq ki, çempionat matçları da gərgin keçir”.

Təcrübəli baş məşqçi Kevin Medinanın daha əvvəl də sol cinahda oynadığını xatırladıb: “Bu gün Rahil Məmmədov və Maksim Medvedevin onunla birlikdə meydanda olmasını istəyirdim. Növbəti görüşlərdə də bu cür addımlar ata bilərik”.

Mütəxəssis hələlik UEFA Avropa Liqasında Fransa “Nant”ı ilə qarşılaşmanı düşünmədiklərini sözlərinə əlavə edib: “Qarşıda çempionat matçımız olacaq. Hazırlaşmaq üçün vaxtımız da var”.

Qurbanov zədəli olan Kadi Borgesin durumu haqqında danışıb: “Onun vəziyyəti yaxşılığa doğru gedir. Qarşıdakı matçda oynayıb-oynamayacağını hələ bilmirik. Gələn həftə daha dolğun cavab verə biləcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir