Nazir müavini: “Cənubi Koreya ilə Azərbaycan arasında münasibətlər hörmət və etimada əsaslanır”

“Cənubi Koreya ilə Azərbaycan arasında münasibətlər hörmət və etimada əsaslanır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cənubi Koreyanın Milli Günü ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 228 milyon ABŞ dolları təşkil edib: “Azərbaycanda 77 Koreya şirkəti fəaliyyət göstərir. Biz təhsil sahəsində də əməkdaşlıq edirik. 2020-ci ildə Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında ikili diplom proqramına start vermişik”.

“Ümid edirəm ki, Koreya ilə Azərbaycan arasında əlaqələr genişlənəcək və möhkəmlənəcək”, – nazir müavini əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir