Saraydan olan şəhid dəfn olunub

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant 1997-ci təvəllüdlü Hüseyn Abbasqulu oğlu Nəcəfzadə Abşeronda dəfn edilib.

Aztv.tv-nin yerli bürosunun məlumata görə, xəbər verir ki, 25 yaşlı şəhidimizin nəşi yaşadığı Abşeron rayonu Saray qəsəbəsinə gətirilib.

Mərasim iştirakçıları şəhidi “Qarabağ Azərbaycandır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirərək, son mənzilə yola salıblar.

Şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Vida mərasimində rayon rəhbərliyi, H. Nəcəfzadənin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. H. Nəcəfzadə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, şəhid baş leytenantın oktyabrın 11-də toyu olacaqdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir