İspaniya Ukraynaya döyüş sursatı göndərir

İspaniya Ukraynaya iri çaplı artilleriya sistemləri üçün sursat göndərib.

“Aztv.tv” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İspaniya Hərbi Hava Qüvvələrinə məxsus, iriçaplı artilleriya sistemləri üçün döyüş sursatı ilə silahlanmış beş nəqliyyat təyyarəsi Ukraynaya yola düşüb.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri üçün ləvazimatlar olan 20 yük maşını göndərilib.

Bundan əvvəl daxili işlər nazirinin müşaviri Anton Qeraşenko teleqram kanalında bildirib ki, Ukrayna İspaniyadan iri çaplı artilleriya sursatları alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir