Azərbaycan Ordusunun bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub

Azərbaycan Ordusunun daha bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub.

“Aztv.tv” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Təlimlər Türkiyənin Çanaqqala şəhərində yerləşən 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında keçirilib.

“Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb”, – nazirlikdən qeyd olunub.

Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir