Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazanıb

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə türkiyəli Murat Fırata 8:2 hesabı ilə qalib gəlib.

82 kq-da mübarizə aparan Rafiq Hüseynov isə bürünc medal qarşılaşmasında macarıstanlı Tamaş Levaya 1:3 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 63 kq-da yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.

Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir