Azərbaycan İstanbulda keçirilən “Beynəlxalq Beyoğlu ləzzət festivalı”nda təmsil olunur

Azərbaycan mətbəxinin zəngin nümunələri İstanbulda keçirilən “Beynəlxalq Beyoğlu ləzzət festivalı”nda təmsil olunur.

“Report”un yerli bürosu xəbər verir ki, festival İstanbulun tarixi Beyoğlu bölgəsində yerləşən “Galataport Saat Qülləsi”nin ərazisində keçirilir.

İyunun 15-də festivalın rəsmi açılış mərasimi baş tutub. Mərasimdə iştirakçı ölkələrin Türkiyədəki diplomatik nümayəndələri, o cümlədən ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva da iştirak edib.

Tədbirdə ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə Azərbaycan milli mətbəxinin ən gözəl nümunələri qonaqlara təqdim edilir.
Festivalın əsas məqsədi türk mətbəxini dünyaya tanıtmaqla yanaşı, dünya mətbəxləri ilə yaxından tanış olmaqdır.

Tədbirdə Türkiyə və Azərbaycanla yanaşı, Rusiya, Belarus, Braziliya, İndoneziya, Meksika olmaqla ümumilikdə 13 ölkə iştirak edir.

Qeyd edək ki, beş gün davam edəcək festival çərçivəsində müxtəlif kulinariya seminarları, panellər, emalatxana təcrübələri, mükafat qazanan yemək müsabiqələri, eləcə də çoxsaylı sənətçilərin konsertləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir