İsrail səfiri: “Zəngilanda bir ildən az müddətdə böyük iş görülüb”

İsrailin Azərbaycandakı səfiri Corc Dik Zəngilana səfər edib.

“Report” xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.

“Bu yaxınlarda İsrail şirkətlərinin öz texnologiyaları və nou-hauları ilə təmsil olunduğu Zəngilanın ağıllı kəndinə gözəl səfərimiz olub. 1 ildən az müddətdə böyük iş görülüb. Ərzaq təhlükəsizliyi Zəngilanda və hər yerdə böyüyən tərəfdaşlığımızın önəmli hissəsidir”, – C.Dik qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir