Türk Dövlətləri Təşkilatı ölkələrinin turizm nazirləri Şamaxıda bir araya gələcək

Mayın 23-24-də Şamaxıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək.

Bu barədə “Report” TDT-nin mətbuat xidmətinə istinadən xəbər verir.

İclasda nazirlər turizm sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

Həmçinin mayın 26-27-də Bakıda TDT ölkələrinin informasiya və yüksək texnologiyalar nazirlərinin görüşünün keçirilməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir