Taekvondo üzrə dünya çempionatı Bakıda keçiriləcək

Taekvondo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək.

“Report”un məlumatına görə, bununla bağlı qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Bakı 2023-cü ildəki nüfuzlu yarışa ev sahibliyi edəcək. Mundialın dəqiq tarixi yaxın vaxtlarda təsdiqlənəcək.

Azərbaycan paytaxtındakı dünya çempionatı WTF-nin yaradılmasının 50-ci ildönümünə təsadüf edəcəyindən xüsusi əhəmiyyət daşıyacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir