Finlandiya Ukraynaya müdafiə yardımı göstərir

Finlandiya Ukraynaya dəstək olaraq əlavə müdafiə ləvazimatı göndərəcək.

“Report” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müvafiq qərar hökumətin təklifi əsasında ölkə Prezidenti tərəfindən verilib.

Sözügedən yardımın nədən ibarət olması, çatdırılma qaydası və vaxtı açıqlanmır.

Əlavə yardımlar əsnasında Ukraynanın ehtiyacları və Finlandiya Müdafiə Qüvvələrinin ehtiyatları nəzərə alınıb. Rusiyanın hücumundan sonra Ukrayna Avropa İttifaqı və NATO üzv ölkələrinə yardım üçün müraciət etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir