Azərbaycan boksçusu erməniyə qalib gələrək, medalı təmin edib

Azərbaycanın daha bir boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında Avropa çempionatında 1/4 final görüşünə çıxıb.

Federasiyanın Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, 51 kq çəki dərəcəsində yer alan Amin Məmmədzadə bu raundda ermənistanlı Aren Aslamazyanla qarşılaşıb.

Rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn Məmmədzadə onu vaxtından əvvəl yarışdan kənarlaşdırıb və ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl Kənan Babayev (48 kq) Sofiyadan mükafatla ayrılacağını rəsmiləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir