Ukraynada müharibədə ölən uşaqların sayı 200-ü keçib

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 202 uşaq ölüb, 361 uşaq güllə və qəlpə yarası alıb”.

“Report” xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, müharibə nəticəsində 563 uşaq müxtəlif dərəcədə bədən xəsarətləri alıblar.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir