Hacı Əliyev Avropa ikincisi olub

FƏRDİ18329 Mart , 2022 20:59

Hacı Əliyev Avropa ikincisi olub

Hacı Əliyev Avropa ikincisi olub

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

“Report”un məlumatına görə, 65 kq-da çıxış edən idmançı finalda macarıstanlı İsmail Musukayevlə qarşılaşıb.

3 qat dünya və 3 qat Avropa çempionu görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Qarşılaşmanın başa çatmasına 1 dəqiqə 20 saniyə qalmış fənd tətbiq edərkən kobudluğa yol verən Əliyev xəbərdarlıq alıb.

Sona 33 saniyə qalarkən, Azərbaycan təmsilçisi badalaq atmaq istəyərkən, özü əks fəndlə arxası üstə düşüb. Nəticədə 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.

70 kq-da mübarizə aparan Zirəddin Bayramov isə bolqarıstanlı Ramazan Ramazanova qarşı bürünc medal görüşündə xoşagəlməz hadisə nəticəsində məğlub olub. İlk hissədən sonra 6:0 hesabı ilə qalib gələn idmançı qarşılaşmanın sonuna 2 dəqiqə 24 saniyə qalmış qabırğasından zədə alıb. 3 dəfə həkim müdaxiləsinə ehtiyac duyan Bayramov yekunda 7:11 hesabı ilə uduzaraq medalsız qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir