Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Novruz Bayramı

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Novruz bayramı münasibətilə “Elimizə bahar gəlir” adlı konsert proqramı təşkil olunub. Tədbirdə müəllim və şagirdlərlə yanaşı həmçinin, bir qrup valideynlər iştirak ediblər. Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb. Rəsmi hissədə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, tədbirdə iştirak edən valideynlərə təşəkkür edib. Konsertdən öncə həmçinin, bir qrup fəal müəllim və şagirdlər təltif olunub.Tədbir əsasən şagirdlərin bayram əhval-ruhiyyəli, maraqlı ifalarından ibarət geniş konsert proqramı ilə davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir