“Azəriqaz” Lökbatanda sahibkarlarla görüş keçirib

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində sahibkarlarla görüş keçirib.

Bu barədə “Report”a qurumdan bildirilib.

“Azəriqaz”ın İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev deyib ki, bayram günləri olmasına baxmayaraq iş başındadırlar, sahibkarlarla və sakinlərlə görüşləri davam etdirilər, onları maraqlandıran sualları cavablandırırlar və lazımi dəstəyi verirlər.

İstehsalat Birliyin müvafiq struktur rəhbərləri də sahibkarların problemlərini yerindəcə dinləməkdən ötrü görüşdə iştirak ediblər. Bunun üçün “Səyyar qəbul otağı” iş adamlarının ixtiyarında olub. Çıxış edənlər təbii qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildiriblər, vətəndaşların qaz təsərrüfatına dair problemlərinin birbaşa “Azəriqaz” rəhbərliyinə çatdırılması üçün yaradılan bu cür şəraitə görə təşəkkür ediblər.

İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev “Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən bu görüşlərin artıq bir ənənəyə çevrildiyini vurğulayıb. Şöbə rəisi Qaradağ sahibkarları ilə keçirilən bu görüşün ümumilikdə 48-ci, sahibkarlarla isə 24-cü görüş olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bütün ölkə ərazisini əhatə edən “Açıq mikrofon” aksiyası bundan sonra da vətəndaşların ixtiyarında olacaq. “Səyyar qəbul otağı” vətəndaşların qaz təchizatı ilə bağlı yaranan suallarına yerindəcə aydınlıq gətirilməsinə və nəzarətə götürülməsinə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir