Azərbaycan Gimnastika Federasiyası ukraynalı tanınmış mütəxəssisi təbrik edib

Azərbaycan Gimnastika Federasiyası (AGF) bədii gimnastika üzrə Ukrayna yığmasının sabiq baş məşqçisi Albina Deryuginanı 90 illik yubileyi münasibətilə təbrik edib.

Bu barədə “Report”a AGF-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu idman növünün inkişafına töhfələrinə görə təcrübəli mütəxəssis üçün xüsusi plaket hazırlanıb və ölkəsinə göndərilib.

Qeyd edək ki, Ukrayna Milli Olimpiya Komitəsinin də üzvü olmuş Albina Deryugina bədi gimnastika sahəsindəki xidmətlərinə görə müxtəlif medal və ordenlərlə təltif olunub. Ona həmçinin SSRİ və Ukraynanın əməkdar məşqçisi adları verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir