Rusiyanı tərk edən qlobal dünya şirkətlərinin sayı 200-ə çatıb

Rusiyanın Ukraynaya müharibəsi səbəbindən qlobal brendlər bu ölkənin bazarını tərk etməkdə davam edir.

“Report” bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, belə şirkətlərin sayı 200-ə yaxındır. Xüsusən onların arasında “Shell”, “Lufthansa”, “Airbus” (energetika, aviasiya), “Mercedes-Benz”, BMW, “Skoda Auto as”, “Audi” (avtomobilqayırma), “Bolt”, “Google Pay”, “Mastercard”, “Visa”, “Western Union” (maliyyə, hüquq mərkəzi, logistika), “Adidas”, “Puma”, “Nike”, “Disney” (mal və əyləncə), “Netflix”, “Apple”, “Spotify”, “Microsoft” (texnologiya sənayesi) və digərləri var.

Xatırladaq ki, Rusiyanın Ukraynaya müharibəsindən sonra digər qlobal şirkətlər də kütləvi şəkildə bu ölkənin bazarındakı fəaliyyətlərini dayandırıblar. Martın 10-da qlobal “Fast food” restoranlar şəbəkəsi “Burger King” Rusiya şəbəkəsinə dəstəyi dayandırmaq, “Formula-1” isə bu ölkə ilə bütün əlaqələri kəsmək qərarına gəlib.

Rusiya Ukraynaya qarşı müharibəni fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir