Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
“Report”un məlumatına görə, 74 kq çəki dərəcəsində yer alan idmançı rumıniyalı Kristian Biro ilə qarşılaşıb.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Hacıyev qızıl medal qazanıb.