Deputat: “Prezidentin mövqeyi regionumuz üçün açar mahiyyəti daşıyır”

“Azərbaycan həyata keçirdiyi dərin strateji diplomatiya sayəsində dünya siyasətinin cazibə mərkəzlərindən birinə çevrilməkdədir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

#

XARİCİ SİYASƏT

https://ads.adviad.com/www/images/18a090f978de7b45321eb43932cf3cb1/index.html?clickTag=https://ads2.adviad.com/www/delivery/ck.php?oaparams=2__bannerid=8353__zoneid=1065__cb=e59769dcff__campaignid=2473__p1=1646842007__p2=f222285648115b96228d0971d481__p3=3169974197.78a4ad1f3e79b78f6cb0c677f7188afc589aad08__oadest=https%3A%2F%2Flimak.az%2Faz%2F%3Futm_content%3DAdviad%26utm_source%3Dapa.az%26utm_medium%3Diab_banner%26utm_campaign%3DLimak_Apa.az_Vertical_Top_Mobile%26utm_device%3Dmobile

Deputat: “Prezidentin mövqeyi regionumuz üçün açar mahiyyəti daşıyır”

Hikmət Babaoğlu, Milli Məclisin deputatı

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı09 mart 2022 19:10 (UTC +04:00)https://ads.adviad.com/www/images/97e76905df0e959658727bf0504595a8/index.html?clickTag=https://ads2.adviad.com/www/delivery/ck.php?oaparams=2__bannerid=3568__zoneid=1068__cb=bd9be12be5__campaignid=1919__p1=1646842007__p2=302ad5fb7969f7f6228d0971e1be__p3=3169974198.b8952cbd2a1f67da2a319605d3d51f3f743fa3e4__oadest=https%3A%2F%2Fadviad.com%2F%3Futm_content%3DAdviad%26utm_source%3Dapa.az%26utm_medium%3Diab_banner%26utm_campaign%3DApa.az_all_mob_ADV%26utm_device%3Dmobile

“Azərbaycan həyata keçirdiyi dərin strateji diplomatiya sayəsində dünya siyasətinin cazibə mərkəzlərindən birinə çevrilməkdədir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, bunun əsas səbəblərindən biri Prezident İlham Əliyevin dünya siyasətində baş verən qlobal dəyişikləri düzgün qiymətləndirməyi bacarması və bu kontekstdə mili təhlükəsizliyimizi, milli maraqlarımızı yeni çağırışlarla uzlaşdıra bilməsidir: “Bu gün Azərbaycan yerləşdiyi mürəkkəb coğrafiyanı həyata keçirdiyi mühüm enerji və nəqliyyat layihələri ilə mühüm tərəfdaşlıq məkanına çevirməyi bacarıb, Çindən Londona qədər uzanan Böyük İpək Yolunun orta xəttini “Bir kəmər, bir yol” layihəsi çərçivəsində reallığa çevirib. Eyni zamanda Cənubi Qafqazda beynəlxalq hüququn tələblərini yerinə gətirərək, ərazi bütövlüyünü təmin edib və uzunmüddətli sülh üçün olduqca əlverişli perspektiv yaradıb. Azərbaycan Avrasiya inteqrasiya məkanının mühüm həlqələrindən birinə çevrilib. Bütün bunlar şübhəsiz ki, həm avropalı həm də asiyalı tərəfdaşlarımızın diqqətini cəlb edir”.

Deputat qeyd edib ki, hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşı Avropa İttifaqı ölkələridir: “İkitərəfli münasibətlərdə ticari tərəfdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu günlərdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsun, ondan bir qədər əvvəl İtaliya Nazirlər Şurasının sədri Mario Draqinin Azərbaycana səfər etmələri və Prezident İlham Əliyev tərəfindən qəbul edilmələri hazırkı mürəkkəb geosiyasi şərtlər içərisində Azərbaycanın etibarlı tərəfdaş kimi əhəmiyyətini göstərmiş olur. Ancaq yeni dünya düzəninin formalaşdığı hazırkı tarixi mərhələdə məsələ sadəcə iqtisadiyyat məsələsi deyil, həm də çoxqütblü dünya nizamında milli dövlətlərin yeri, rolu və gələcəyi məsələsidir”.

H. Babaoğlu vurğulayıb ki, bu mühüm proseslərdə Azərbaycan Prezidenti İlham Əliyevin tutduğu mövqe və geostrateji proseslərdə oynadığı rol regionumuz üçün açar mahiyyəti daşıyır: “Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif qütblərdə dayanan dövlətlərin liderləri ilə ən mürəkkəb məsələləri müzakirə etməklə ən optimal tərəfdaşlıq platformaları təklif edə bilir. Ona görə də bu gün faktiki olaraq müharibə edən ölkələrin də, bu müharibə kontekstində müxtəlif qütblərdə dayanan ölkələrin liderləri də vaxtaşırı Azərbaycan Prezidenti İlham Əliyevlə dialoq çərçivəsində ən müxtəlif məsələləri müzakirə edirlər. Bu Prezident İlham Əliyevin əsl liderlik keyfiyyətləri və beynəlxalq aləmdə xüsusi nüfuz sahibi olması ilə əlaqədardır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir