Zelenski Rusiyaya danışıq yeri üçün Bakını və digər şəhərləri təklif edib

“Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”.

“Report” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir.

“Əgər ərazilərinizdən təcavüzkar hərəkətlər olmasaydı, Minskdə, sizin şəhərinizdə danışa bilərdik”, – Ukrayna lideri deyib. “İndi biz deyirik: Minsk yox. Digər şəhərlər görüş yeri ola bilər”, – Zelenski vurğulayıb.

“Biz görüşmək istəyirik, müharibənin bitməsini istəyirik. Varşava, Budapeşt, İstanbul, Bakı – bizim Rusiya tərəfinə təklif etdiyimiz bu qədərdir və ərazisindən raketlər uçmayan ölkədə bizə istənilən başqa şəhər uyğundur”, – Prezident əlavə edib: “Yalnız bu yolla danışıqlar vicdanlı ola bilər və həqiqətən də müharibəyə son qoya bilər.

Zelenski belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.

Ukrayna Prezidenti Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı.

Zelenski bildirib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir