Gürcüstan Baş nazirinin Ukrayna ilə bağlı mövqeyinə görə istefası tələb olunur

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında mitinq keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, minlərlə iştirakçı Baş nazir İrakli Qaribaşvilinin Ukrayna məsələsi ilə bağlı mövqeyinə görə istefasını tələb edirlər.

Aksiyada Ukraynaya dəstək şüarları da səsləndirilir.

Mitinqdə ictimai xadimlər, siyasətçilər, ictimai fəallar və sıravi vətəndaşlar iştirak edir.

Qeyd edək ki, İ.Qaribaşvili bu gün jurnalistlərə açıqlamasında Gürcüstanın Rusiya əleyhinə maliyyə və iqtisadi sanksiyalara qoşulmayacağını bildirib. O, həmçinin Ukrayna xalqına dəstək ifadə etmək üçün Kiyevə gedəcəyini istisna edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir