Üzgüçülük üzrə Azərbaycan millisinə Macarıstandan məşqçi dəvət olunub

Üzgüçülük üzrə Azərbaycan milli komandasında Macarıstandan məşqçi dəvət olunub.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev jurnalistlərə açıqlama verib. O bildirib ki, yeni mütəxəssis tezliklə məşqçilər heyətinə təqdim ediləcək.

Yığmanın beynəlxalq turnirlərdəki çıxışına da toxunan Fətiyev mümkün olan bütün yarışlara qatıldıqlarını söyləyib: “Təlim-məşq toplanışları davam edir. Bəzi ölkələrə giriş-çıxış yoxdur. Hansı yarışlara imkan olursa, ora gedirik. Bundan başqa, özümüz də daxili yarışlar keçiririk”.

Azərbaycanda 50-dən çox idman kompleksinin olduğunu xatırladan federasiya prezidenti onların çoxunda üzgüçülük hovuzlarının fəaliyyət göstərdiyini və uşaqların bu idman növü ilə məşğul olduqlarını vurğulayıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir