GƏNCƏ ŞƏHƏR 21 NÖMRƏLİ PİLOT TAM ORTA MƏKTƏBİN UĞURLARI GÖZ ÖNÜNDƏDİR

Əgər bugünə kimi ölkəmizin təhsil sahəsində keçdiyi yollara diqqət yetirib müəyyən təhlillər aparsaq, o halda Azərbaycan təhsilinin ötən illərinin tarixinə bir qədər nəzər salmağa ehtiyac duyulur. Çünki bu sahənin inkişafı, məhz ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Yəni, Ulu Öndər hakimiyyətdə olduğu ötən illər ərzində Azərbaycan gənclərinin mükəmməl təhsil almalarına çalışmış və təhsilimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün lazımi addımlarını atmışdır. Ələlxüsus, ölkəmizi çətin durumlardan xilas etmiş Ümummilli Lider bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Hal-hazırda Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənabları, bu kursa sadiq qalaraq Azərbaycan təhsilinə yüksək səviyyədə diqqət və qayğısını göstərməkdədir. Faktdır ki, möhtərəm Prezidentimiz bugünə kimi təhsilimizin inkişaf etdirilməsi ilə bağlı bir neçə Sərəncamlar, Fərmanlar imzalamışdır. Bundan əlavə, Azərbaycanın təhsil müəssisələrində şagirdlərin müasir texnologiyalarla bağlı məlumatları əldə edə bilmələri, kompyuterlərdən lazımi səviyyədə istifadə etmək bacarıqlarının olması və s. kimi məqsədlər üçün müəyyən dərsliklər də təşkil olunmuşdur. Belə bir halların varlığı, məhz ölkəmizdə təhsilimizin inkişafı yolunda atılan addımlardır. Bu sahəyə göstərilən diqqət və qayğı hər bir azərbaycanlının, Azərbaycan millətinin, bütövlükdə ölkəmizin gələcəyi hesab etdiyimiz gənclərin daha savadlı, bilikli, ağıllı, intellektual olmaları üçün göstərilən xidmət növləridir. Faktdır ki, belə bir xidmət növləri hər kəs tərəfindən yüksək dəyərləndirilir. Bugünkü təhsilimizin inkişafı təkcə ölkə daxilində deyil, hətta beynəlxalq aləmdə də yüksək səviyyədə qiymətləndirilir. Çünki, Azərbaycanın digər ölkələrlə sıx əməkdaşlıq etdiyi sahələrdən biri də, məhz təhsil sahəsidir. Bütün bunlar onu göstərir ki, ölkəmizin təhsil sahəsi durmadan inkişaf edir və getdikcə də təkmilləşir.

Aparılan tədqiqatlar onu təsdiq edir ki, yüksək keyfiyyətli təhsilin olması, hər kəsin məşğulluğunun təmin olunmasında, iqtisadi səmərəliliyin artırılmasında, yoxsulluq riskinin azaldılmasında, bir sözlə, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasında əsas şərtlərindəndir. Qeyd edək ki, təhsilin keyfiyyəti yaxşılaşdıqca ölkəmizdə məşğulluğun təmin olunması imkanları genişlənir, pul gəlirləri artır, son olaraq əhalinin həyat səviyyəsi müsbət mənada dəyişir. Bir xatırlamanı yada salaq ki, mərhum prezidentimiz Heydər Əliyev təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində demişdi: “Təhsil dövlətin əsas dayaqlarından biridir, ona görə də bu sahəyə hər zaman dövlət qayğısı artırılmalıdır”. Ulu Öndərin belə bir yanaşmasından sonra səlahiyyət sahibi olan şəxslər təhsilimizin inkişaf etdirilməsinə, bu sahədəki problemlərin aradan qaldırılmasına diqqət və qayğını artırdı, bu gün də həmin diqqət və qayğı özünü göstərməkdə davam edir. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edən möhtərəm İlham Əliyev də, məhz prezident seçildiyi ilk gündən ölkəmizdə təhsilin inkişaf etdirilməsinə, onu dünyanın inkişaf etmiş ölkələrindəki təhsilin səviyyəsinə çatdırmağa çalışdı. Məhz belə bir yanaşmanın nəticəsi olaraq, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sözsüz ki, ölkəmizin təhsil sahəsinin inkişaf etdirilməsində hər bir müəllimin, hər bir yaradıcı insanın xüsusi əməyi, xüsusi rolu var və bu danılmaz həqiqətdir. Yəni, onların hər biri Azərbaycan təhsilinin inkişaf etdirilməsi yöndə bilik və bacarıqlarını səfərbər etməklə, məhz bu sahəyə öz töhfələrini bəxş etməkdədirlər.

Bu gün Azərbaycan təhsilinin inkişaf etdirilməsində Gəncə Şəhər 21 nömrəli pilot tam orta məktəbin də xüsusi rolu var. Qeyd edək ki, bu təhsil müəssisəsi fəaliyyət göstərdiyi illər ərzində bir çox uğurlara, o cümlədən 2010-2011-ci tədris ilində “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi adını qazanmışdır. 2012-ci ildə məktəbin rəhbərliyi Azərbaycan Respublikasının Təhsil nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunur. Şəhər üzrə keçirilən fənn olimpiadalarında, bir çox rəsm müsabiqələrində, bilik yarışmalarında və s. Gəncə Şəhər 21 nömrəli pilot tam orta məktəbin şagirdlərindən 50%-i yüksək nəticələr əldə etmək üçün yarışlara qoşulur, 3 nəfər şagirdi isə, ayrı-ayrı vaxtlarda respublika üzrə keçirilən olimpiadalarda qalib olurlar. Adicə bir faktı qeyd edək ki, bu məktəbin yetirmələrindən olan Xudiyeva Səriyyə Əli qızı 2015-ci ildə respublika üzrə keçirilən şahmat yarışmasında 3-cü yerə çıxır və əldə etdiyi uğura görə o, Nazirlik tərəfindən təltif olunur. Məktəbin digər şagirdi İsgəndərova Tomris Şirvan qızı isə, 2020-2021-ci tədris ilində beynəlxalq tələbə mübadiləsi proqramı çərçivəsində FLEK-in qalibi olur. 21 nömrəli pilot tam məktəbin 11 nəfər müəllimi daim respublikamızın müxtəlif rayonlarında ayrı-ayrı ixtisaslar üzrə “Təlimçi” kimi fəaliyyət göstərirlər və lazımi nəticəni də əldə edirlər. 2015-ci ildə “İlin ən yaxşı müəllimi” adını qazanmağa nail olan Hüseynova Gülnar Müşfiq qızı, bu gün Gəncə şəhərindəki 13 nömrəli tam orta məktəbdə direktor vəzifəsini daşımaqdadır. Uğurlu fəaliyyətinə görə, 21 nömrəli pilot tam orta məktəbin riyaziyyat müəllimi Məstan Qasımov “Tərəqqi” medalı ilə təltif olunub. Xarici dil müəlliməsi Aynur Abbasova isə, şagirdləri ilə birlikdə 2020-2021-ci tədris ilində “E-Tvining” layihəsinin qalibi olurlar. Bu məktəb 2020-2021-ci tədris ilində “Rəqəmsal Bacarıqlar” layihəsinə qoşulur. Qeyd olunan tədris ilində məktəbin informatika müəllimləri olan Könül Tanrıverdiyeva, Ayşən Qədimova, Esmira Tağızadə və digərləri dəfələrlə keçirilən yarışmalarda qalib olurlar
və onlar “Rəqəmsal Bacarıqlar” layihəsində yüksək nəticələr əldə etdiklərinə görə, həm bu layihənin rəhbərliyi tərəfindən, həm də Gəncə ŞTİ-nin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırılırlar. 2020-2021-ci tədris ilində bu məktəbdə iki icma qrupu açılır ki, həmin qrupda 48 nəfər 3-4 yaşında uşaqlar iştirak edirlər.Hal-hazırda 21 nömrəli pilot tam orta məktəbin yetirmələrindən idman növü üzrə 8 nəfəri respublika üzrə, 1 nəfəri isə dünya çempionu adını qazanmağa müvəffəq olublar. Bu təhsil ocağında təlim-tərbiyə işləri də daim diqqət mərkəzində saxlanılır. Məktəbin psixoloq müəllimi Sevinc Həsənova, tarix müəllimi Ramil Quliyev və azərbaycan-dili müəllimi İlham Məmmədov, televiziyalarda nümayiş etdirilən verlişlərdə çox zaman ekspert kimi iştirak edirlər. Hərbi vətənpərvərlik mövzusu daim öndə tutulub təbliğ olunduğundan, hər il bu məktəbin ən azından bir nəfər şagirdi C. Naxçivanski adına hərbi liseyə daxil olur. 44 günlük Vətən savaşında məktəbin 6 nəfər məzunu şəhidlik zirvəsinə ucalırlar. Rəhbərlik tərəfindən qüsurlu övladları olan valideyinlərlə daim əlaqə saxlanılır və onlara hər zaman izah olunur ki, uşaqlar 3-8 yaş arasında olarkən məktəbəqədər uşaq müəssisələrinə, 8 yaşdan yuxarı olduqda orta məktəbə cəlb olunmalıdırlar. Elə ki,qüsurlu uşaqlar orta məktəblərə cəlb olunurlar, həmin vaxtlarda onlara xüsusi ehtiyacın olması haqda davranış qaydaları başa salınır, onlara bunu yadırğamamaq izah olunur. Belə bir işlərdə məktəbin psixoloq müəllimləri yaxından iştirak edirlər ki, bu da qarşıya qoyulan işlərin həllini tapmasında olduqca önəm daşıyır.

Gəncə Şəhər 21 nömrəli pilot tam orta məktəbinə rəhbərlik edən Quluyev Vidadi Əli oğlu dərin elmi savada, yüksək insani keyfiyyətə, müdrik idarəçilik bacarığına malik olduğundan o, bu gün rəhbərlik etdiyi kollektivin, bütün valideyinlərin rəğbət hissini qazana bilib. Uzun illərdir ki, təhsil sahəsində çalışan və işgüzar fəaliyyəti ilə bu sahədə xüsusi ad-san çıxaran Vidadi müəllim, bu gün də yorulmaq bilmədən çalışır. Digər təhsil müəssisələrində olduğu kimi, 21 nömrəli pilot tam orta məktəbində də müxtəlif fənn ixtisasları üzrə dərsliklərin tədrisi, müəllim-şagird münasibətlərinin günün tələblərinə cavab verməsi, şagirdlərə hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması, kollektiv üzvləri arasında sağlam mühitin formalaşması, hər kəsin fikrinə, düşüncə tərzinə hörmətlə yanaşma və s. kimi amillərin varlığı, məhz rəhbərliyə idarəçiliyini günün tələbləri səviyyəsində həyata keçirməyə imkan verir.

Bəli, bütün bunların nəticəsidir ki, Gəncə Şəhər 21 nömrəli pilot tam orta məktəbində təhsillərini uğurla başa vuran şagirldlərdən bir çoxunun səs-sorağı respublikamızın müxtəlif guşələrindən, hətta xarici ölkələrdən də gəlir. Ötən illər ərzində yeni-yeni texnologiyaları, müasir idarəçilik qaydalarını tətbiq etməklə müəyyən uğurların əldə olunmasına nail olan Vidadi müəllim, bu gün də Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş etməkdədir. Bəli, bu şəxs təhsilimizin inkişafında, onun tərəqqisində yaxından iştirak etməklə, sanki böyük bir şərəfli yükün daşıyıcısına çevrilmişdir. Adı çəkilən bu məktəb direktorunun peşəkarlığı, düzgün idarəçilik qabiliyyəti, daxili potensialının göstəriciləri, savadlı və peşəkar olması, ümumiyyətlə Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş edə bilməsi və s. olduqca əhəmiyyət kəsb etməkdədir. Əldə etdiyimiz müəyyən məlumatlara görə, ölkəmizdə koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar təhsil müəssisələri fəaliyyətlərini müvəqqəti dayandırdığı aylar ərzində, Vidadi müəllim idarəçiliyini heç də zəiflətmir, əksinə o, mümkün imkanlarından bacarıqla istifadə edir.

Bütün bunlar onu göstərir ki, Quluyev Vidadi Əli oğlunun işgüzar fəaliyyəti, üzərinə düşən vəzifəsinin məsuliyyətini lazımınca dərk etməsi, gənc nəslin təlim-tərbiyyəsində, sağlam ruhda böyümələrində, Vətən üçün layiqli övlad olmalarında mümkün olan imkanlarından bacarıqla istifadə etməsi, məhz 21 nömrəli pilot tam orta məktəbinin rəhbərliyinin adının və fəaliyyətinin daha da məşhur olmasına səbəb olub. Hər kəs o haqda da məlumata malikdir ki, təhsilin inkişafı hər bir ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Hal-hazırda Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı onu sübut edir ki, bu mühüm amil dövlət siyasətinin əsas strateji istiqamətlərindən birini təşkil edir. Odur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan islahatlar bu gün ölkə rəhbəri tərəfindən uğurla həyata keçirilir və hal-hazırda bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində, təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunmasında və s. böyük rol oynayır.
Kamal Mirzə
Astv İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir