Yaxın zamanda Minskdə Nizami Gəncəvinin abidəsi açılacaq

Belarus Respublika Şurasının sədri Natalya Koçanova Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşüb.

APA-nın BelTA-ya istinadən verdiyi xəbərə görə, Koçanova bildirib ki, iki ölkə arasında münasibətlər dostluq əlaqələrinə söykənir, məhsuldar və sıx formatdadır.

O vurğulayıb ki, Azərbaycan Belarus üçün yalnız iqtisadi, siyasi və humanitar əlaqələrə malik partnyor deyil, həm də yaxın dostdur.

Şura sədri ölkəsinin beynəlxalq təşkilatların Azərbaycanın dəstəyini hiss etdiyini də diqqətə çatdırıb.

Bildirilib ki, təkcə son 10 ayda iki ölkə arasında ticarət dövriyyəsi 442 milyon dollara çatıb.

Ülvi Baxşəliyev öz növbəsində Minskdə Nizami Gəncəvinin abidəsinin ucaldılması qərarına görə Belarus tərəfinə təşəkkürünü ifadə edib.

Səfir qeyd edib ki, yaxın vaxtda Minskdə Nizami Gəncəvinin abidəsinin açılışı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir