Hərbi Prokurorluğa yeni səlahiyyət verilib

Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolma ilə bağlı Hərbi Prokurorluğa yeni səlahiyyət verilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin bu gün “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, həqiqi hərbi xidmətə fərdi qaydada könüllü daxil olmaq istəyən həqiqi hərbi xidmət hərbi qulluqçularının, hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin seçilməsini, sənədlərin toplanılmasını və şəxsi işlərin tərtib edilməsini Hərbi Prokurorluğun kadr aparatı həyata keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir