Azərbaycanda daha 13 səhmdar cəmiyyəti özəlləşdiriləcək

Yanvar 25-də təşkil olunacaq hərracda 13 səhmdar cəmiyyətinin səhm paketi özəlləşdiriləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, aqrokimya, nəqliyyat, təmir və s. sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Kürdəmir Aqrotexservis”, “Azinterservis”, “Biləsuvar Broyler”, “Yevlax Taxılçı” və digər səhmdar cəmiyyətləri aiddir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir