Ərdoğan Baxçalı ilə Türkiyə gündəmini müzakirə edib

Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ərdoğan Baxçalını evində ziyarət edib.

Tərəflər ölkə gündəmini, siyasət, eyni zamanda, mövcud iqtisadi vəziyyətə dair mühüm məsələləri və bəzi qanun layihələrini müzakirə ediblər.

AKP sözçüsü Ömər Çelik qeyd edib ki, Ərdoğan və Baxçalının görüşü hakimiyyət koalisiyasının təbiətinə uyğun şəkildə keçirilib. Görüş bir saat davam edib.

Görüş zamanı Ərdoğan Baxçalıya ad günü hədiyyəsi təqdim edib.

İki lider son dəfə ötən il noyabrın 17-də görüşüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir