DİM tərəfindən ilk dəfə danışma bacarıqlarının yoxlanılması üçün imtahan keçirilib

SOSİAL

26 dekabr 2021 17:37 (UTC +04:00)
2021-ci il 25-26 dekabr tarixlərində Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dil bilikləri üzrə ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq ilk dəfə doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahanı keçirilib.
DİM-dən APA-ya verilən məlumata görə, imtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə Azərbaycan dili üzrə şifahi formada–kompüter proqramı vasitəsilə həyata keçirilib.
İmtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20-25 dəqiqəlik vaxt ayrılır.
SOSİAL
DİM tərəfindən ilk dəfə danışma bacarıqlarının yoxlanılması üçün imtahan keçirilib

26 dekabr 2021 17:37 (UTC +04:00)
2021-ci il 25-26 dekabr tarixlərində Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dil bilikləri üzrə ümumavropa çərçivə sənədinin (CEFR) tələblərinə uyğun olaraq ilk dəfə doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbi vətandaşların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının danışıq bloku üzrə imtahanı keçirilib.
DİM-dən APA-ya verilən məlumata görə, imtahan ingilis, alman, fransız, əcnəbi vətəndaşlar üçün isə Azərbaycan dili üzrə şifahi formada–kompüter proqramı vasitəsilə həyata keçirilib.
- Saytların fəaliyyətinə məhkəmə qərarı ilə xitam verilə biləcəyi hallar məlum olur
- Ötən il doğulan oğlan və qız uşaqlarının sayı bilinib
- Azərbaycanda son sutkada 1703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
İmtahan 3 hissədən ibarətdir. Tapşırıqlar üzrə düşünmək və suallara cavab vermək üçün ümumilikdə 20-25 dəqiqəlik vaxt ayrılır.https://ads.adviad.com/www/images/ee5b95d65d6e093ac46868b3069726a8/
Danışıq bloku üzrə imtahana buraxılmış 294 iddiaçıdan 284-ü imtahanda iştirak edib.
İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, iddiaçılar danışıq bloku üzrə imtahan üçün nəzərdə tutulmuş kompüter proqramının demo versiyası ilə öncədən DİM-in saytında tanış olmuşdular. Müvafiq proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.