Zəfərlə bağlı daha bir film təqdim olundu

Nizami Kino Mərkəzində “Tarixi həqiqətlər” filminin təqdimatı keçirilib.

APA TV xəbər verir ki, filmin ideya müəllifi 6 nömrəli məktəb liseyinin müəllimi Xuraman Şabani, ssenari müəllifi və quruluşçu rejissoru Bəhruz Vaqifoğlu, ikinci rejissoru Elmin Qiyaslı, quruluşçu operatoru isə Fahir Səmədoğludur. Aktyor, rejissor Bəhruz Vaqifoğlu filmin bugünkü zəfərimizlə bağlı olduğunu bildirir: “30-a yaxın aktyor iştirak edir. Hamısı uşaqlardır. Filmin adından da göründüyü kimi tarixə nəzər salaraq tarixi həqiqətləri əks etdirmişik. Bu günki tarixə zəfərimizə qədər yol alıb gəlmişik”.

Filmin ideya müəllifi eyni zamanda 2 b sinfinin müəllimi Xuraman Şabani filmin şəhidlərin əziz xatirəsinə həsr edildiyini vurğulayır: “Biz zəfər qazandıq 28 illik həsrətimiz bitdi. Amma iki hissi bir arada yaşadıq. Sevinc və kədər. Bir gözümüz ağladı digər gözümüz güldü. Zəfərə sevindik qayıdan torpaqlara sevindik. Amma qayıtmayan oğullarımız üçün bu gündə qan yaş axdı. Üstündən 1 il ötməsinə baxmayaraq bu gündə bunu yaşayırıq”.

Qazilərin və şəhid ailələrinin iştirak etdiyi filmin təqdimat mərasimində, əməkdar artist, şəhid Zahid Əhmədovun həyat yoldaşı Gülüstan Əliyeva da iştirak edib: “Film dəyərli rejissor Bəhruzun kamerasının məhsuludur. Düşünürəm ki, tamaşaçılar da bəyənəcək. Bu gün bura biz şəhid ailələri, qaziləri dəvət etmişik. Eyni zamanda Dövlət xadimləri, millət vəkillərini də dəvət etmişik ki, balacalarımızın bu işi ilə yaxından tanış olsunlar”.

Qeyd edək ki, 2 b sinif şagirdlərinin rol aldığı filmdə 20 Yanvar faciəsindən, I və II Qarabağ savaşından bəhs edilib, tarixi həqiqətlər əks olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir