Türkiyə MN Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Nazirliyin rəsmi “Twitter” hesabında paylaşım edilib.

““Tək Vətən Hərəkatı” ilə işğal edilmiş torpaqlarını azad edən və türkün gücünü bütün dünyaya göstərən nəcib Azərbaycan türkü qardaşlarımızın 8 Noyabr – Zəfər Gününü təbrik edirik. Türkiyə və Azərbaycan “Tək millət, iki dövlət” kimi əbədiyyən bir və bərabər olacaq”, – paylaşımda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir