Şahbulaq qalasında Zəfər Gününə həsr olunmuş sərgi təşkil olunub – FOTO

Noyabrın 8-də Azərbaycan rəssamlarının Ağdama səfəri təşkil olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyətini Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Xüsusi nümayəndə rəssamlara Ağdam şəhəri, tarixi abidələrin yerləşdiyi ərazilər və aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verib.

Daha sonra Şahbulaq qalasında rəssamların sərgisi təşkil olunub. Sərgi 8 Noyabr – Zəfər Gününə həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir