Pakistan səfirliyi Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

Pakistan səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib.

“Qəhrəman Azərbaycan xalqını 8 Noyabr Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. “Hərə bir qəhrəman oldu” sözlərinin bariz nümunəsi olan igid şəhidlərin ruhuna dualar oxuyuruq. Zəfərin mübarək, qələbən daim olsun, Azərbaycan!”, – deyə paylaşımda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir