“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

8 və 9 noyabr bayram günlərində “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində saat 10:00-dan 14:00-dək xidmət göstərəcəklər.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, İstehsalat Birliyi abonentlərdən bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir