Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha 1 il uzadılacaq.

Noyabrın 9-da Türkiyə Böyük Millət Məclisində Azərbaycandakı ürkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha 1 il uzadılması ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq.
APA-nın Türkiyə bürosunun məlumatına görə, qanun layihəsinin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.
Qeyd edək ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət vermişdi.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir