Tariximizin Şanlı Zəfər Günü

44 günlük müharibə,düşmən üzərində unudulmaz qələbə dövlətimizin rəhbəri cənab İlham Əliyevin siyasətini,qətiyyətini nümayiş etdirməklə,həm də çətin gündə xalqımızın birliyini,ortaya qoyaraq,rəşadətli ordumuz Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl həriflərlə Tarixi Qələbə sözünü yazaraq öz gücünü bütün dünyaya sübut etdi.Azərbaycan Prezidenti,Ali Baş Komandan,şanlı ordumuz,əyilməz xalqımız  Zəfər  gününü qalib kimi qeyd etdiyi bu günlərdə qürur hissi keçirməklə bərabər,həm də sülhün təmin olunması üçün dünyaya çağırışlar edərək millətləri,xalqları həmrəyliyə səsləyirlər.Nankor erməni xəyanətkarlarının uzun illər xalqımıza,torpaqlarımıza təcavüz etməsinə,insanların başına min bir müsibətlər gətirməsinə,kütləvi qırğınlar,təxribatlar törətmələrinə baxmayaraq,dövlətimiz heç zaman müharibənin tərəfdarı olmamışdır.Cənab Prezident dəfələrlə xatırlatmışdır ki: “Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz tarixi ədaləti bərpa edirik. Azərbaycan əsgəri torpaqlarımızın azad olunması uğrunda döyüşür”.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan,qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir.Azərbaycan xalqı 30 ildə yorulmadan dövlətini möhkəmləndirərək bu möhtəşəm qələbə xəbərini səbirsizliklə gözləyirdi.Qürür verici haldır ki, heç bir beynəlxalq ədalətsizlik,çətinlik xalqımızın qələbəyə inamını sarsıtmadı.Azərbaycan xalqının,dövlətinin,onun liderinin iradəsinə təsir etmədi.Hər ötən gün xalqımız dövlət başçısı Prezident cənab  İlham Əliyevin ətrafında sıx birləşərək,birliyimiz hər gün daha da gücləndirdi.Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycan işğal altında olan torpaqlarını azad etdi.Ancaq bütün qələbələrin əsasında,əlbəttə ki,ölkə Prezidenti cənab  İlham Əliyevin mükəmməl diplomatik bacarıqları,dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı.Məhz qələbə  onun apardığı dərin siyasət,atdığı diplomatik addımlar,siyasi iradəsi,əzmkarlığı nəticəsində əldə edilmişdir.O,dünyaya qarşı təkbaşına mübarizə apardı.Bütün təzyiqlərə tab gətirdi.Qalibiyyət qazanandan sonra indi bütün dünya deyir ki,Azərbaycan ən müasir,ədalətli  müharibə apararaq 44 gün ərzində möhtəşəm hərbi güc nümayiş etdirdi.Ordumuz illərlə təlim aldı,gücləndi,ən müasir silahlarla təchiz olundu.Nəticədə,Ali Baş Komandanın əmri,ordunun və xalqın ölkə başçısına inamı tarixi qələbəni təmin etdi.

Bəli,Vətən müharibəsi bizə bir daha sübut etdi ki,cənab Prezident xalqını sevən,ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir.

Bəli biz Ədliyyə işçiləri də cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək işğaldan azad ediliş torpaqlarmızda öz peşə fəaliyyətimizi uğurla icra edəcəyik.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə Ədliyyə Nazirliyinin strukturu təkmilləşdirilmişdir.Bu illərdə vətəndaşların ədliyyə orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılması,hüquqi şəxslərin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə notariat sahəsində göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin fəaliyyətinin yeni dövrün tələblərinə uyğun təşkili, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilən müvafiq islahatlar Ədliyyə Nazirliyini dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevirmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin 26 may 2006-cı ildə qəbul etdiyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda isə ədliyyə sistemində və onun strukturlarında qulluqkeçmə qaydaları və şərtləri, ədliyyə qulluqçularının hüquqi vəziyyətinin əsasları müəyyən edilmişdir. Qanunda ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi kimi vacib məqamlar da əksini tapmışdır.

Elektron texnologiyaların tətbiqi ilə ədliyyə xidmətlərindən istifadə artıq digər ölkələr tərəfindən nümunə olaraq qəbul edilərək həyata keçirilmişdir. Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin bariz nümunəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur. 23.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmanın əsas məqsədi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsidir. Ədliyyə orqanlarında aparılan islahatlar vətəndaşların hüquq və mənafelərinin təminatına xidmət edir.

Göygöl rayon Qeydiyyat şöbəsinin Rəisi kiçik Ədliyyə müşaviri

Eldəniz Hacıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir