Hər il noyabrın 8-də Zəfər Günü qeyd ediləcək

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı mənfur düşmənimizdən azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.

Mən bir Ədliyyə işçisi olaraq onu deyə bilərəm ki,biz Ədliyyə işçiləri işğaldan azad ediliş ərazilərimizdə öz peşə fəaliyyətimizi uğurla icra edəcəyik.

Ədliyyə sahəsində çalışan bütün işçilər Azərbaycan ədliyyəsinin tarixindən və inkişaf yolundan,ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan,möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisini,dünyada ən islahatçı dövlətlərdən olduğunu vurğulayan və o cümlədən ölkəmizin hərtərəfli inkişafında və dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətlərini qeyd edə bilərlər.

Bu gün biz qürur hissi ilə deyə bilərik ki, dövlət başçısı İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf ölkəmizi regionun lider dövlətinə çevirərək Azərbaycanı dünyada analoqu olmayan inkişaf mərhələsinə çatdırmışdır.

Tətbiq olunan yeniliklərdən biri kimi nikaha daxil olma yaşının bərabərləşdirilməsi və erkən nikahın qarşısını almaq üzrə profilaktik tədbirlərin gücləndirilməsini qeyd etmək olar. Bu gün erkən nikahlara qarşı maarifləndirici mübarizə tədbirləri geniş miqyas alır, bu istiqamətdə olduqca ciddi addımlar atılır.

Bu gün qeydiyyat orqanları tərəfindən əksər xidmətlər məhz elektron formada göstərilir. Bu isə öz növbəsində bir çox rəsmi xidmətləri asanlaşdırmaqla, eyni zamanda, dövlət orqanlarının işini şəffaf və açıq şəkildə həyata keçirmələrinə imkan yaradır.

Daşkəsən rayon Qeydiyyat şöbəsinin Rəisi kiçik Ədliyyə müşaviri

Ceyhun Qurbanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir