Tarixi qələbəmiz

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə ettdi,44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

İşğaldan azad olunmuş ərazilərimizdə ədliyyə qurumları da öz peşə fəaliyyətlərini uğurla icra edəcəklər.

Azərbaycan dövlətçiliyinin inkişaf tarixində ədliyyə orqanlarının sabit fəaliyyəti təmin edilmiş və onun gələcək inkişafı, milli kadrların yetişməsi üçün əlverişli zəmin yaranmışdır. Ədliyyə Nazirliyinin mühüm bir qurum olaraq müstəqil hüquq siyasətinin formalaşmasında iştirakı isə, əlbəttə, Azərbaycanın yenidən müstəqillik qazanmasından və xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra başlamışdır.Ümummilli liderimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısı ölkəmizin müstəqillik illərində də davam etmiş,ədliyyə işi müasir tələblərə uyğunlaşdırılmışdır.

Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sistemi inkişaf etmiş, onun normativ bazası daha da təkmilləşdirilmiş, o cümlədən ədliyyə orqanlarında qulluq keçmə haqda qanun və nazirliyin yeni əsasnaməsi qəbul edilmişir.

Ədliyyə Nazirliyində “Elektron xidmətlər” bölməsi yaradılmış,ədliyyə orqanlarının iş rejimi,əlaqə vasitələri,göstərilən hüquqi xidmətlərin aparılması qaydası, tələb olunan sənədlər və rüsumların məbləği,barədə vətəndaşların ətraflı məlumat əldə etmələrinə,elektron qaydada qəbula yazılmalarına imkan yaradılaraq əhalinin istifadəsinə verilmişdir.

Samux rayon Qeydiyyat şöbəsinin Rəisi kiçik Ədliyyə müşaviri

Anar Əhmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir