8 Noyabr Zəfər tariximizdir

Sentyabrın 27-də Ermənistan silahlı birləşmələri böyük təxribat törətmək məqsədi ilə ərazilərimizə hücum etdi.Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb, düşmənə sarsıdıcı zərbələr endirərək  hücumun qarşısını qətiyyətlə aldı.Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlanıldı.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərlik elan edildi.

Xalqımız döyüşən ordumuza maddi və mənəvi dəstəyini əsirgəmirdi. Xalqımızın bu inamı, bu güvənci döyüşçülərimizin qələbə ruhunu yüksəldirdi.Vətən müharibəsində döyüşən ordumuz ilə ictimaiyyətin şüarı eyni idi: Zəfər bizimdir!

Dünyanın marağı Azərbaycana, Azərbaycanın apardığı ədalətli müharibəyə yönəlmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər həm də dünya ictimaiyyətinə ünvanlanmışdı: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq bizim savaşımız müqəddəs savaşdır!”.Beləliklə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.Noyabr ayının 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verən cənab Prezidentin sözlərini bir daha xatırlatmaq istərdim.“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir”

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Başda Ali Baş Komandan İlham Əliyev cənabları olmaqla rəşadətli ordumuz,xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən,dövlətimizin nüfuzu olan bu misilsiz qələbəmizin əbədiləşdirilməsi üçün hər il Noyabr ayının 8-ni Zəfər Günü kimi tarixə qızıl həriiflərlə yazdılar.

Mən əminliklə qeyd edə bilərəm ki,bizim ədliyyə qurumları işğaldan azad olunmuş ərazilərimizdə öz peşə fəaliyyətlərini uğurla icra edəcəklər.

Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Ölkənin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. 1918-ci il may ayının 28-də -Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilir, binalar qaydaya salınır və çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilir. Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 28-də süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilir.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi.Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi.

Ulu öndər Heydər Əliyevin dövlət xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sistemi yuksək səviyyədə inkişaf etdirilərək,onun normativ bazası daha da təkmilləşdirilmişdir.

Ölkə Prezidenti İlham Əliyev cənablarının sərəncamı səsasında bir çox sahədə olduğu kimi Ədliyyə Nazirliyinin nəznində fəaliyyət göstərən notariat qurumlarında da universal elektron xidmət yaradılaraq vətəndaşların istifadəsinə verilmişdir.Elektron xidmətin köməkliyi ilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə əlaqədar məlumatları öyrənə, zərurət olduqda bu məlumatları əks etdirən çıxarışları əldə edə bilirlər.

Samux rayon Notariat ofsinin xüsusi Notariusu

Elnur Məhərrəmov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir