Bakıda “Zəfər” Yarmarkası keçirilir – FOTOREPORTAJ

Bu gündən Dənizkənarı Bulvarda böyük qələbəmizə həsr olunan “Zəfər” Yarmarkası fəaliyyətə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutacaq yarmarkadan əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılarımıza dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

Yarmarka ilk gündən paytaxt sakinlərinin və qonaqlarının böyük marağına səbəb olub. Bu gün başlayan yarmarka noyabrın 9-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir