Rafael Mehrəliyev xalqının və dövlətinin qürurlu adı ilə fəxr edən vətən oğludur

Hər kəsə bəllidir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhər mənzil-kommunal təsərrüfatının idarəetmə sistemini təkmilləşdirmək tədbirləri haqqınd” 12 may 1999-cu il tarixli, 444 saylı sərəncamı əsasında, Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı strukturunda şəhər üzrə mənzil-kommunal xidməti sahəsində vahid idarəetmə orqanı olaraq yaradılır. Bu Departament-əhalinin mənzil kommunal xidmətlərinə olan tələbatının tam şəkildə ödənilməsi məqsədilə, yəni mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yaxşılaşdırılması, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlərin görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli şəkildə istifadə olunmasının təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində abadlıq, tikinti, habelə mənzil fondunun, kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi, qurulması, zibil daşınması, şəhər yollarının istismarı, cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin olunması, fəvvarələrin,  yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir.

   Bu gün Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə xarakterik xüsusiyyətinin bir çox göstəriciləri və həyata keçirdiyi idarəçiliyinin mahiyyəti ilə əksər vəzifə sahiblərindən fərqlənən, hər kəsin hörmət-izzət bəslədiyi,  əsl xalq məhəbbətini qazanan bir şəxsin, çox hörmətli Mehralıyev Rəfail İsa oğlunun rəhbərlik etməsi, məhz gündəlik yeni-yeni uğurların əldə olunmasına yollar açır. Adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, ortaya qoyduğu ləyaqətli vətəndaş mövqeyi tam əksəriyyət tərəfindən qəbul olunub, lazımınca qiymətləndirilib, rəğbət hissi ilə də qarşılanıb. Faktdır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi vəzifəsini daşıyan Rafail Mehrəliyev, bu gün öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxarıb. Bu şəxs haqda lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Rafail müəllim özündə elə bir xarakterik xüsusiyyətləri cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, hər kəsə qarşı xeyirxah addımlar atmağı və s. özü üçün əsas amal hesab edir. Bir sözlə, bu şəxs qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, sanki hər kəsin problemini özünün şəxsi problemi hesab edən vəzifə sahibidir.

    Ümumiyyətlə, tarixin bütün dönəmlərində xalqımızın ad-san qazanmış övladları çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Rafael Mehrəliyev, bu gün əsl xalq məhəbbətini qazanmış şəxslərdən biridir. Rafael Mehrəliyevi tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi  peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

    Bəli, bu gün o, olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər buraxır. Bir anlığa diqqət yetirək ki, indiyə kimi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinə aid sahələrdə nə kimi yeniliklər əldə olunub, bu gün də hansı yeniliklər  əldə olunmaqdadır?. Hər kəsə bəllidir ki, Rafael Mehrəliyev yaradıcı və qurucu rəhbər şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir  edən əsas səbəblər olub. Hal-hazırda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi vəzifəsini daşıyan və daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Rafael Mehrəliyev, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Rafael Mehrəliyev elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

    O da hər kəsə bəllidir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi vəzifəsini daşıyan Rafael Mehrəliyev, yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması, məhz Rafael Mehrəliyevə hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini də göstərir. Rafael Mehrəliyev ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Rafael Mehrəliyevin əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.

     Onu da qeyd edək ki, Rafael Mehralıyevin rəhbərlik etdiyi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları ölkəmizdə koronovirus (COVİD-19) infeksiyasının yayıldığı vaxtlarda, məhz belə bir bəlaya qarşı aparılan mübarizə tədbirlərində yaxından iştirak edirlər. Yəni, Departament rəhbəri tabeçiliyində olan hər kəsə Operativ Qərərgahın qərarlarına ən yüksək səviyyədə əməl etməyi, şəhər sakinləri arasında lazımi maarifləndirmə tədbirlərinin aparılması yöndə müvafiq tapşırıqlarını verir. Bəli, hər kəs Departament rəhbərinin bu yöndə verdiyi tapşırıqların ən yüksək səviyyədə icra olunmasının canlı şahidi olur. Çünki, Mənzil-Kommunal Təsərrüfatı Departamenti əməkdaşları koronovirus infeksiyasından qorunmaq üçün sakinlərə sosial məsafə saxlamalarını, maska taxmalarını, digər qoruyucu vasitələrdən istifadə etmələrini, ən əsası sanitar-gigiyena qaydalarına əməl etmələrini daim təbliğ edirlər. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları tərəfindən belə bir addımların atılması, əslində cənab Prezidentin ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə verdiyi tapşırıqların uğurla icra olunmasına göstərilən dəstək olur.  Tarix sübut edir ki, güclü və müdrik liderin varlığı hər bir xalq, hər bir dövlət üçün olduqca mühüm əhəmiyyət kəsb edən əsas şərtdir. Biz bunu hazırda müstəqil Azərbaycan Respublikasının timsalında görürük. 1993-cü ildə ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı düşdüyü fəlakətdən xilas etməyi bacardısa, möhtərəm Prezidentimiz İlham Əliyev də, məhz ölkəmizi, xalqımızı üz-üzə qaldığı bir çox bəlalardan birdəfəlik xilas etdi və dünyaya günəştəki şölə saçan müstəqil Azərbaycanımızın parlaq gələcəyinin təmin olmasına imkan yaratdı.

Famil KƏNGƏRLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir