“Dünya dövlətləri Azərbaycanla əlaqələrin inkişafına səy göstərirlər” – RƏY

XARİCİ SİYASƏT3 İyun , 2021 17:17

“Dünya dövlətləri Azərbaycanla əlaqələrin inkişafına səy göstərirlər” – RƏY

Dünya dövlətləri Azərbaycanla əlaqələrin inkişafına səy göstərirlər - RƏY

“İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbətində iki tərəf üçün xüsusi önəm daşıyan bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparıldı. Bu gün Çinlə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Çin Xalq Respublikası ilə əlaqələrin qurulmasına, Çinlə siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib”.

Bunu “Aztv.tv”a Millət Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin mart ayında ÇXR-ə rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoq bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir: “Məhz bu siyasət nəticəsində ikitərəfli əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Sonrakı dövrdə Azərbaycan Prezidentinin ÇXR-ə 2015-ci il dekabrın 8-11-də dövlət səfərinin, 2019-cu il aprelin 24-27-də “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün işgüzar səfəri əlaqələri daha da inkişaf etdirib. Bu gün Azərbaycanla Çin müxtəlif formatlarda əməkdaşlığını uğurla davam etdirir. Hər iki ölkə qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini dəfələrlə ifadə edib. Azərbaycanın Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir”.

“Telefon danışığında bu dəstək bir daha ifadə olundu. ÇXR sədri Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu, hər iki ölkənin ənənəvi dostluğu inkişaf etdirdiyini, əməkdaşlığın dərinləşdirməsi və qarşılıqlı dəstəyin artırılması, habelə Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində işlərin həyata keçirildiyi xüsusi vurğuladı. Bütün bunlar bütövlükdə dünyada Azərbaycana olan inam və etimadın göstəricisidir. Azərbaycanın nüfuzu getdikcə dünyada daha da artır. Dünya dövlətləri Azərbaycanla əlaqələrin inkişafına səy göstərirlər”, – deputat vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir