Azərbaycan adını hərb tarixinə yazdırdı – Özdəmir

Azərbaycan 44 günlük müharibə ilə torpaqlarını işğaldan azad etdi. Azərbaycan qazandığı bu zəfərlə adını hərb tarixinə yazdırdı.

Aztv.tv xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin üzvü İsmayıl Özdəmir martın 10-da Bakıda keçirilən mətbuat konfransında bildirib.

“Ermənistan Azərbaycan torpaqlarını işğal edən zaman vəhşiliklər törətdiyi kimi geri çəkiləndə də vəhşiliklər törətdi. Şuşada Üzeyir Hacıbəylinin adını daşıyacaq məktəb tikiləcək. Bunu həyəcanla gözləyirik”, – Özdəmir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir